mumtv.az
mumtv.az

“Qarabağ” klubu yeni transferini təqdim edib

“Qarabağ” klubu yeni transferini təqdim edib
28-08-2020, 16:30 668 dəfə baxılıb

"Qarabağ” klubu daha bir futbolçunun transferini reallaşdırıb.

 

Mumtv.az Apasport.az saytının məlumatına əsasən bildirir ki, Ağdam təmsilçisi yeni oyunçusu Patrik Andradeni feysbuk səhifəsi vasitəsilə təqdim edib.

 

Bolqarıstanın "Çerno More” klubundan transfer olunan yarımmüdafiəçinin müqavilə detalları barədə məlumat verilməyib. 27 yaşlı kabo-verdeli orta sahə oyunçusu karyerası ərzində həmçinin Portuqaliyada "Ribeyrao”, "Yoan”, "Moreyrense”, "Famalikan” və "Salqueyros” klublarında oynayıb.

 

Qeyd edək ki, "Qarabağ” yay fasiləsində Emil Balayev, Kevin Medina, Vild-Donald Gerye və Uroş Matiçi heyətinə cəlb edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA