İdman
İdman
Neymar forma dəyişdiyinə görə finalı buraxa bilər
Çempionlar Liqasında finala çıxan PSJ-nin ulduzu Neymar həlledici qarşılaşmanı buraxa bilər.
Mumtv.az "Qafqazinfo”a istinadən xəbər verir ki, buna səbəb braziliyalı oyunçunun "Leytspiq”ə 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra rəqib futbolçu Marsel Halstenberqlə formasını dəyişməsidir.
Protokola görə koronavirus səbəbindən forma dəyişməmək UEFA tərəfindən klublara tövsiyə olaraq göndərilib. Buna əməl etməyən Neymar cəzalana bilər.