İdman

Avropa Liqası:

Koronavirus pandemiyası üzündən avrokuboklarda yaranan fasilə başa çatır.

Mumtv.az Apasport.az saytının məlumatına əsasən bildirir ki, sabah Avropa Liqasında 1/8 final mərhələsinin son oyunları start götürür.

İki gün ərzində 8 cütdə 1/4 finalçılar müəyyənləşəcək. Bunlardan altısı cavab oyununu keçirəcək. Bu cütlərin ilk qarşılaşmaları 5 ay əvvəl – martın 12-də keçirilib.

Öz meydanında "Kopenhagen”ə qalib gələn "Başakşəhər” çətin Danimarka səfərinə yollanacaq. Mübarizəni davam etdirən yeganə Türkiyə klubu minimal üstünlüyünü qorumağa çalışacaq.

İlk oyun günündə "Şaxtyor” "Volfsburq”u, "Mançester Yunayted” LASK-ı sınağa çəkəcək. Səfərdə qalib gələn komandalar öz meydanlarında mərhələ adlamağı rəsmiləşdirməlidir.

Ertəsi gün üç cavab görüşü təşkil olunacaq. "Bayer” "Reyncers”, "Bazel” "Ayntraxt”la ev matçında üstünlüyünü qorumalıdır. Beş ay öncə heç-heçə edən "Olimpiaskos”la "Vulverhempton” İngiltərədə qarşılaşacaq.

İspaniya və İtaliya klubları arasında duellərdə isə ilk matçı keçirmək də mümkün olmamışdı. Bu üzdən də "İnter” – "Xetafe” və "Roma” – "Sevilya” cütlərinin taleyi neytral meydandakı bir görüşdə həll olunacaq. Hər iki qarşılaşma Almaniyada keçiriləcək.

Qeyd edək ki, 1/4 final oyunları avqustun 10-11-də baş tutacaq.

Avropa Liqası
1/8 final

5 avqust
Cavab oyunları

20:55. "Kopenhagen” (Danimarka) - "Başakşəhər” (Türkiyə)
Baş hakim: 
Daniele Orsato (İtaliya)
Kopenhagen. "Parken” stadionu
İlk oyun – 0:1

20:55. "Şaxtyor” (Ukrayna) - "Volfsburq” (Almaniya)
Baş hakim: 
İvan Krujlyak (Slovakiya)
Kiyev. Olimpiya stadionu
İlk oyun – 2:1

23:00. "Mançester Yunayted” (İngiltərə) - LASK (Avstriya)
Baş hakim:
 Anastasios Sidiropulos (Yunanıstan)
Mançester. "Old Trafford” stadionu
İlk oyun – 5:0

Tək oyunlu cüt

23:00. "İnter" (İtaliya) - "Xetafe" (İspaniya)
Baş hakim:
 Entoni Teylor (İngiltərə)
Helzenkirhen. "Veltins Arena”

6 avqust
Cavab oyunları

20:55. "Bayer” (Almaniya) - "Reyncers” (Şotlandiya)
Baş hakim: 
Danni Makkelle (Niderland)
Leverkuzen. "Bayer Arena)
İlk oyun – 3:1

23:00. "Bazel” (İsveçrə) - "Ayntraxt” (Almaniya)
Baş hakim: 
Antonio Migel Mateu Lahoz (İspaniya)
Bazel. "Sent Yakob Park”
İlk oyun – 3:0

23:00. "Vulverhempton” (İngiltərə) - "Olimpiakos” (Yunanıstan)
Baş hakim: 
Şimon Marçinyak (Polşa)
Vulverhempton. "Molinyo” stadionu
İlk oyun – 1:1

Tək oyunlu cüt

20:55. "Sevilya" (İspaniya) - "Roma" (İtaliya)
Baş hakim: 
Byorn Kuypers (Niderland)
Duysburq. MSV Arena


Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər