İdman
İdman
Kay Haverts "Çelsi" ilə ilkin razılığa gəlib
"Bayer"in yarımmüdafiəçisi Kay Havertsin "Çelsi"yə transferi reallaşmaq üzrədir.
Mumtv.az Apasport.az saytının məlumatına əsasən bildirir ki, 21 yaşlı futbolçu Premyer Liqa təmsilçisi ilə ilkin razılığa gəlib.
Haverts "Çelsi"yə keçmək üçün "Bayer" rəhbərliyinə də artıq müraciət edib. "Zafəganlar" isə transferi həyata keçirmək üçün bu həftə Leverkuzenə nümayəndələrini göndərəcək. Bundesliqa klubu onun keçidindən 80-90 milyon avroluq gəlir götürməyi planlaşdırır.
Qeyd edək ki, Kay Havert geridə qalan mövsüm Bundesliqada 30 oyun keçirib, 12 qol, 6 məhsuldar ötürmə verib.