İdman
İdman
"Çelsi" "Lill"in müdafiəçisini istəyir
"Lill"in müdafiəçisi Qabriel komandasını dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, 23 yaşlı futbolçu "top-klub"lardan birinə keçməyə hazırlaşır.
Braziliyalı üçün artıq "Napoli" və PSJ-dən rəsmi müraciət olub. Həmçinin "Çelsi" və "Everton" da onun xidmətində maraqlıdır. Fransızlar aparıcı oyunçusunun transferindən 35 milyon avro qazana bilər.
Qeyd edək ki, Qabriel ötən mövsüm Fransa çempionatında 24 qol oyun keçirib, 1 qola imza atıb.