İdman
İdman
İnzaginin baş məşqçisi olduğu klub A Seriyasına yüksəldi
İtaliya futbolunun keçmiş ulduzu Filippo İnzaginin rəhbərlik etdiyi klub İtaliya A Seriyasına yüksəlib.
Mumtv.az Sports.ru-a istinadən xəbər verir ki, F.İnzaginin baş məşqçisi olduğu "Benevento” klubu B Seriyasında 76 xal toplayaraq, yüksək liqaya vəsiqə qazanıb.
Qeyd edək ki, bu göstərici İtaliya futbolunun gücünə görə ikinci divizionunun rekordudur.
Bununla da, "Benevento” klubu tarixində ikinci dəfə A Seriyasında çıxış etmək hüququ əldə edib.