mumtv.az
mumtv.az

“Mançester Siti” ona əvəzləyici tapdı

“Mançester Siti” ona əvəzləyici tapdı
29-06-2020, 13:56 209 dəfə baxılıb

İngiltərənin "Mançester Siti” klubu heyətinə yeni yarımmüdafiəçi qatmağa qərar verib.

Mumtv.az bildirir ki, Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi "Bernli”nin 20 yaşlı futbolçusu Duayt Maknili transfer etmək istəyir.

"Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola gənc yarımmüdafiəçini yeni mövsümdən komandasında görməkdə maraqlıdır. İspaniyalı mütəxəssis Maknili Leroy Saneni əvəzləyəcək oyunçu kimi görür. Sonuncu Almaniya "Bavariya”sına yollansa, məhz Duayt onun yerinə gətiriləcək.Qeyd edək ki, 2014-cü ilədək "Mançester Yunayted” akademiyasında olan Maknil 6 il öncə "Bernli”yə yollanıb. O, cari mövsümün 31 matçında 2 qol vurub.

 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA