mumtv.az
mumtv.az

"Espanyol" mövsümdə 3-cü dəfə baş məşqçisi ilə vidalaşıb

27-06-2020, 15:33 232 dəfə baxılıb

"Espanyol" baş məşqçisi Abelardo Fernandeslə yollarını ayırıb.

Mumtv.az bildirir ki, Apasport.az saytının məlumatına görə, Kataloniya klubu uğursuz çıxışa görə, çalışdırıcının müqaviləsinə xitam verib.

Bununla Fernandes cari mövsüm "Espanyol"dan qovulan 3-cü baş məşqçi olub. Komanda mövsümə David Qaleqonun rəhbərliyi altında başlayıb, oktyabrda onu Pablo Maçin əvəz edib. Ötən ilin sonunda isə Maçin yola salınıb.

"Espanyol" Abelardo Fernandeslə yanaşı, məşqçilər korpusundakı digər mütəxəssislərlə də vidalaşıb. Baş məşqçi postu müvəqqəti olaraq idman direktoru Rufeteyə tapşırılıb. La Liqanın XXXII turunda kataloniyalıları sabah "Real"la matçda meydana məhz Rufete çıxaracaq.

Qeyd edək ki, "Espanyol" hazırda 24 xalla turnir cədvəlinin son pilləsində qərarlaşır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA