mumtv.az
mumtv.az

Azərbaycanlı futbolçu Moldova klubunda

Azərbaycanlı futbolçu Moldova klubunda
26-06-2020, 12:28 170 dəfə baxılıb

Azərbaycanlı futbolçu Moldova klubunda

Azərbaycanlı futbolçu Amit Quluzadənin yeni klubu bəlli olub.

Mumtv.az "Qafqazinfo"a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi bundan sonra karyerasını Moldovanın "Milsami” klubunda davam etdirəcək.

 

Bu barədə futbolçu feysbuk hesabında məlumat paylaşıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları bilinmir.

Qeyd edək ki, Amit Quluzadə son olaraq 2019-cu ildə Bosniya və Herseqovinanın "Çelik” klubunda oynayıb. Yarımmüdafiəçi daha öncə Türkiyənin "Kayserispor”, Portuqaliyanın "Atletiko”, Yunanıstanın AEL, Kosovonun "Drita” klublarında da legioner həyatı yaşayıb. O, Azərbaycandakı karyerası ərzində "Neftçi”, "Rəvan”, "Sumqayıt”, "Qəbələ”, "Səbail” klublarının, həmçinin 3 dəfə Azərbaycan millisinin formasını geyinib.


 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA