mumtv.az
mumtv.az

İngiltərə Premyer Liqasında tarixin ən yaxşı transferi açıqlanıb

İngiltərə Premyer Liqasında tarixin ən yaxşı transferi açıqlanıb
25-05-2020, 10:58 41 dəfə baxılıb

İngiltərə Premyer Liqasında tarixin ən yaxşı transferi açıqlanıb

İngiltərə Premyer Liqasında tarixin ən yaxşı transferi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Fransa millisinin sabiq futbolçusu Erik Kantonanın "Mançester Yunayted”ə keçidi ən yaxşı hesab olunub.

Qalmaqalları ilə də məşhurlaşan futbolçu 1992-ci ildə "Lids”dən cəmi 1,34 milyon avroya transfer edilib. "Tottenhem”dən "Arsenal”a azad agent kimi keçən Sol Kempbell ikinci, "Kann”dan "Lester”ə 6,26 milyon avroya transfer olunan Nqolo Kante üçüncü olub.

 

Qeyd edək ki, Kantona "Mançester Yunayted”də 5 il oynayıb. Fransalı 1992-97-ci illərdə çıxış etdiyi komanda ilə 4 dəfə İngiltərə çempionu, iki dəfə kubokun qalibi olub. O, 179 matçda 81 qol vurub, 61 məhsuldar ötürmə verib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA