mumtv.az
mumtv.az

Millimiz Monteneqro ilə qarşılaşacaq

Millimiz Monteneqro ilə qarşılaşacaq
2-12-2019, 18:31 48 dəfə baxılıb

Millimiz Monteneqro ilə qarşılaşacaq
 
 
 
 
 
 
 
 
 

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Monteneqroda təlim-məşq toplanışına start verib. 

MUMTV.az xəbər verir ki, hazırlıq prosesi ayın 6-dək çəkəcək.

Komanda bu müddətdə Monteneqronun müvafiq yaş qrupundan ibarət yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. Sabah və dekabrın 5-də Podqoritsa şəhərində keçiriləcək görüşlər müvafiq olaraq yerli vaxtla saat 15:00-da və 13:00-da başlayacaq.

 

Hazırlıq prosesinə 20 futbolçu cəlb olunub: Sahib Həsənov, Qurban Səfərov (hər ikisi "Keşlə"), Bayram Nəcəfəliyev ("Paxtakor"), Vasif Fərəcov, Nəriman Axundzadə, Amin Qarayev (hamısı "Qarabağ"), Fariz Xeyrullayev, Oruc Məmmədov, Ağadadaş Salyanski (hamısı "Neftçi"), İbrahim Ramazanov, Sənan Kərimov, Nuğay Rəşidov, İxtiyar Məmiyev, Emil Süleymanov (hamısı "Qəbələ"), Rəhman Məmmədov ("Sumqayıt"), Elxan Zeynalabdinzadə, Firəddin Abdullayev (hər ikisi "Sabah"), Mahmud Ağayev ("Zirə"), Nicat Quliyev ("Səbail"), Raul Yaqubzadə ("Peruca", İtaliya)./Qol.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA