mumtv.az
mumtv.az

“Məkanı dəyişmək olardı” – Bakıya gəlməkdən qorxan erməni futbolçu yenə ara qarışdırır

19-11-2019, 17:53 48 dəfə baxılıb

“Məkanı dəyişmək olardı” – Bakıya gəlməkdən qorxan erməni futbolçu yenə ara qarışdırır
 
"Həyatımın ən vacib anlarını qaçırdım. Bəzi insanlar bunu düşünmədi, müzakirə etmədi. İkinci dəfə komandam final oynamaq şansı qazandı. Ancaq heç birində meydanda olmadım”.

"MUMTV.az” xəbər verir ki, bu sözləri "Roma”da (İtaliya) icarə əsasında oynayan futbolçu Henrix Mxitariyan "Four Four Two”ya açıqlamasında deyib. Erməni  yarımmüdafiəçi ötən mövsüm Bakıda keçirilən Avropa Liqasının final mərhələsinin "Çelsi” – "Arsenal” oyununda çıxış edə bilməməsinin günahını UEFA-da görüb:

"UEFA-nın mənə yeganə köməyi yalnız matçın yerini dəyişdirmək ola bilərdi. UEFA hər hansı futbolçu və ya komandanın siyasi səbəblərdən uyğun olmayan yerə getməsi ehtimalını nəzərə almalıdır. Rusiya klubunun UEFA Çempionlar Liqasının finalınını Ukraynada keçirməsi çətin olardı. Bu dəfə final həyəcanı yaşaya bilərdim, təsəvvür edin, həyatında final matçına çıxmamış futbolçuya siyasi problemlər mane olur. Adama pis təsir edir. Demirəm ki, matçın axarını dəyişəcəkdim. Pis olmuşdum, evdə oyuna baxıram, amma heç nə edə bilmirəm. Belə halları digər oyunçuların yaşamasını istəmirəm”.

Mxitaryan jurnalistin Azərbaycan hökumətinin təhlükəsizlik təminatı verdiyini xatırlatdıqda razılığın yalnız Avropa Liqasının final matçı ilə əlaqədar olduğunu iddia edib: 

"İlk dəfə deyildi ki, mənim oynadığım komandalar Azərbaycana səfər etsinlər. "Borussiya”da (Dortmund) "Qəbələ”, "Arsenal”da isə "Qarabağ”la qarşı eyni qrupda düşmüşdük. Səfər qarşılaşmalarında iştirak etməmişdim.

Azərbaycana getməyimlə bağlı razılıq olmamışdı. Lakin Avropa Liqasının finalı üçün razılıq oldu. Burada çox detal var. Çox danışmaq istəmirəm. Onlar yalnız Avropa Liqasının finalı üçün təhlükəsizliyə təminat verirdi. İnsanlar çox şeyi anlamır. Futbol oynamadığım üçün təəssüfləndim”.      

Xatırladaq ki, Azərbaycanın və UEFA-nın təhlükəsizliklə bağlı ən yüksək səviyyədə təminat verməsinə rəğmən, erməni futbolçunun "Arsenal” üçün böyük önəm daşıyan oyuna gəlməkdən imtina etməsi London klubunda ciddi narazılığa səbəb olmuşdu./

"Yeni Sabah” xəbər verir ki, bu sözləri "Roma”da (İtaliya) icarə əsasında oynayan futbolçu Henrix Mxitariyan "Four Four Two”ya açıqlamasında deyib. Erməni  yarımmüdafiəçi ötən mövsüm Bakıda keçirilən Avropa Liqasının final mərhələsinin "Çelsi” – "Arsenal” oyununda çıxış edə bilməməsinin günahını UEFA-da görüb:

"UEFA-nın mənə yeganə köməyi yalnız matçın yerini dəyişdirmək ola bilərdi. UEFA hər hansı futbolçu və ya komandanın siyasi səbəblərdən uyğun olmayan yerə getməsi ehtimalını nəzərə almalıdır. Rusiya klubunun UEFA Çempionlar Liqasının finalınını Ukraynada keçirməsi çətin olardı. Bu dəfə final həyəcanı yaşaya bilərdim, təsəvvür edin, həyatında final matçına çıxmamış futbolçuya siyasi problemlər mane olur. Adama pis təsir edir. Demirəm ki, matçın axarını dəyişəcəkdim. Pis olmuşdum, evdə oyuna baxıram, amma heç nə edə bilmirəm. Belə halları digər oyunçuların yaşamasını istəmirəm”.

Mxitaryan jurnalistin Azərbaycan hökumətinin təhlükəsizlik təminatı verdiyini xatırlatdıqda razılığın yalnız Avropa Liqasının final matçı ilə əlaqədar olduğunu iddia edib: 

"İlk dəfə deyildi ki, mənim oynadığım komandalar Azərbaycana səfər etsinlər. "Borussiya”da (Dortmund) "Qəbələ”, "Arsenal”da isə "Qarabağ”la qarşı eyni qrupda düşmüşdük. Səfər qarşılaşmalarında iştirak etməmişdim.

Azərbaycana getməyimlə bağlı razılıq olmamışdı. Lakin Avropa Liqasının finalı üçün razılıq oldu. Burada çox detal var. Çox danışmaq istəmirəm. Onlar yalnız Avropa Liqasının finalı üçün təhlükəsizliyə təminat verirdi. İnsanlar çox şeyi anlamır. Futbol oynamadığım üçün təəssüfləndim”.      

Xatırladaq ki, Azərbaycanın və UEFA-nın təhlükəsizliklə bağlı ən yüksək səviyyədə təminat verməsinə rəğmən, erməni futbolçunun "Arsenal” üçün böyük önəm daşıyan oyuna gəlməkdən imtina etməsi London klubunda ciddi narazılığa səbəb olmuşdu.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA