İdman
"Sabah" "Zirə"ni məğlub edir - Yenilənir
Bu gün Azərbaycan Premyer Liqasında 9-cu turun oyunlarına start veriləcək.
"MUMTV.az” xəbər verir ki, ilk oyun günündə 2 matç oynanılacaq. Günün ilk oyununda "Keşlə" "Qəbələ”ni qəbul edəcək. 16:00-da start götürəcək matçda ədalət təmsilçisi Rauf Cabbarov olacaq.
Günün digər qarşılaşmasında "Zirə” "Sabah”la üz-üzə gələcək. Elçin Məsiyevin idarə edəcəyi görüş 18:00-da başlayacaq.
Qeyd edək ki, turun digər oyunları 27-28 oktyabr tarixlərində keçiriləcək.
26 oktyabr
Azərbaycan Premyer Liqası, 9-cu tur
16:00. "Keşlə” – "Qəbələ” - 2:1
Qollar: L.Frutos, 1, M.Kolli, 42 - D.Valkov, 58
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Etibar Həsənov
"ASCO Arena”
18:00. "Sabah” – "Zirə” - 2:1 (Birinci hissə)
Qollar: A.Diallo, 28, 44 - Nicat Süleymanov, 23
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəhim Həsənov
"Bank Respublika Arena”
Yenisabah.az