mumtv.az
mumtv.az

Nazirliyin Baş Müfəttişi işdən qovuldu - Rüşvət aldığına görə...

Nazirliyin Baş Müfəttişi işdən qovuldu - Rüşvət aldığına görə...
20-09-2019, 16:52 88 dəfə baxılıb

Nazirliyin Baş Müfəttişi işdən qovuldu - Rüşvət aldığına görə...
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Gəncədə aptek sahibindən rüşvət alan əmək müfəttişi vəzifəsindən azad olunub.

MUMTV.az unikal.org-a istinadən xəbər verir ki, həmin müfəttiş rüşvət alarkən aptekin kameralarına düşüb. Sonra fiziki şəxs məsələnin araşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə müraciət edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov unikal.org-a rüşvət faktını təsdiqləyib. O, bildirib ki, həmin əməkdaşın qanunsuz əməli ilə bağlı araşdırma aparılır:

"Gəncə şəhər sakini tərəfindən daxil olan müraciətə əsasən ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 21 saylı DƏM-nin Baş Əmək Müfəttişi  vəzifəsində işləmiş Ələsgərov Sənan Bəhman oğlunun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə əczaçılıq fəaliyyəti ilə məşğul olan Aydın adlı fiziki şəxsdən qeyri-qanuni pul istəməsi və əldə etməsi faktı təsdiq olunub. Həmin əməkdaş vəzifə funksiyasının icrası zamanı kobud nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilib. Aşkarlanmış fakta hüquqi qiymətin verilməsi üçün material Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib".







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA