mumtv.az
mumtv.az

Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib

Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib
17-12-2020, 15:56 56 dəfə baxılıb

Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir.

Mumtv.az bildirir ki, bu gün 57, 70, 74, 92 və 125 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər xalça üzərinə çıxıb.

Azərbaycan güləşçisi Əhmədnəbi Qvarzatilov 1/8 finaldan mübarizəyə başlayıb. 61 kq çəki dərəcəsində çıxış edən güləşçimizin ilk rəqibi Fransa ermənisi Arman Eloyan olub.

Dünya Kubokuna uğurla başlayan təmsilçimiz erməni rəqibini 9:5 hesabı ilə məğlub edib. Bununla da Əhmədnəbi 1/4 finala yüksəlib. Erməni isə medal qazanmaq üçün Azərbaycan idmançısına azarkeşlik etməlidir. Çünki təmsilçimiz finala yüksəlsə, Eloyan təsəlliverici mərhələdə güləşmək hüququ qazanacaq.

Qeyd edək ki, 1/4 və 1/2 final mərhələsi bu gün, həlledici qarşılaşmalar sabah baş tutacaq.

(Apa.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA