mumtv.az
mumtv.az

“Neftçi“nin ən bahalı futbolçusu koronavirusa yoluxdu

“Neftçi“nin ən bahalı futbolçusu koronavirusa yoluxdu
15-12-2020, 17:08 71 dəfə baxılıb

“Neftçi“nin ən bahalı futbolçusu koronavirusa yoluxdu
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
"Neftçi"də koronavirusa yeni yoluxma halı aşkarlanıb.

Mumtv.az bildirir ki, son olaraq, komandanın hücumçusu Stiven Monrozun infeksiyaya yoluxduğu üzə çıxıb.

Bundan başqa, aktiv xəstə olan Kamran İbrahimovun son testinin nəticəsi müsbət olub. Sabir Buqrin, Bruno Teluşi və Fərid İsgəndərovun müalicəsi davam edir.

Baş məşqçi Samir Abasov, köməkçiləri Vəfadar Quliyev və Seymur Rəhimov, müdafiəçilər Voislav Stankoviç, Anton Krivotsyuk, Mert Çelik və Mamadu Mboc, həmçinin yarımmüdafiəçilər Fəhmin Muradbəyli və Asim Əlizadə isə koronavirusdan tam sağalıblar.

Stiven Monroz daha əvvəl zədədən əziyyət çəkirdi. Fransalı forvard axırıncı dəfə sentyabrın 11-də Premyer Liqanın II turunda evdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları görüşdə meydanda olub.

Bakılıların ən bahalı legioneri noyabrın sonlarında komanda ilə məşqlərə qoşulmuşdu.

(Yenisabah.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA