mumtv.az
mumtv.az

Komendant postunu qanunsuz keçməyə çalışan sürücü həbs edildi

Komendant postunu qanunsuz keçməyə çalışan sürücü həbs edildi
3-12-2020, 16:26 59 dəfə baxılıb

Komendant postunu qanunsuz keçməyə çalışan sürücü həbs edildi
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Beyləqanda komendant postunu qanunsuz keçməyə çalışan sürücü saxlanılıb.

Mumtv.az DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadən xəbər verir ki, dekabrın 1-də gecə saat 1 radələrində Beyləqan ərazisində hərbi vəziyyətlə əlaqədar yaradılan komendant postunda xidmət aparan polis əməkdaşları posta yaxınlaşan "Mersedes" markalı avtomobilə saxla işarəsi verib, lakin buna baxmayaraq sürücü hərəkətini davam etdirib.

 

Həmin sürücü avtomobili ilə birlikdə rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.

Araşdırmalarla onun Beyləqan rayon sakini Tural Əliyev olduğu müəyyən edilib. Sürücü T.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb olunaraq inzibati qaydada həbs edilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA