mumtv.az
mumtv.az

Goranboyda güclü yanğın: Ev sahibi öldü, həyat yoldaşı xəstəxanalıq oldu

Goranboyda güclü yanğın: Ev sahibi öldü, həyat yoldaşı xəstəxanalıq oldu
2-12-2020, 10:52 54 dəfə baxılıb

Goranboyda güclü yanğın: Ev sahibi öldü, həyat yoldaşı xəstəxanalıq oldu







Mumtv.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki,Goranboy rayonunun Kürəkçay qəsəbəsində (Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 20 km aralı) ümumi sahəsi 525 m² olan birmərtəbəli çoxmənzilli fin tipli yaşayış evində (arakəsmələri, tavanı və döşəməsi taxta konstruksiyalardan ibarət) ayrı-ayrı vətəndaşlara məxsus 5 mənzilin yanar konstruksiyaları və dam örtüyü 249 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən  mənzil sahiblərindən biri, 1974-cü il təvəllüdlü Verdiyevin Altay Paşa oğlunun yanmış meyiti aşkar edilib və aidiyyəti üzrə təhvil verilib, 1 nəfər yanıq xəsarətləri alıb. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA