Hadisə

Bakıda yeznənin bıçaqladığı qadın dünyasını dəyişib - YENİLƏNİB-2
 
 
 
 
 
 
 
 

 
 

 
 
 

Bakının Binəqədi rayonunda yeznəsi tərəfindən bıçaqlanan qadın dünyasını dəyişib.

MUMTV.az-ın məlumatına görə, 1987-ci il təvəllüdlü Roza Mahmudova həkimlərin səyinə baxmayaraq, müalicə olunduğu xəstəxanada keçinib. Hadisə zamanı bıçaqlanan digər şəxs - 1989-cu il təvəllüdlü Ruhəngiz Mahmudovanın müalicəsi isə davam etdirilir.

Faktla əlaqədar istintaq araşdırmaları davam etdirilir.

***

3 avqust, saat 10:34

Bakıda kişinin arvadını və baldızını bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanılıb.

APA-nın məlumatına görə, Binəqədi rayonu Biləcəri qəsəbəsində, 1981-ci il təvəllüdlü Samiq Quliyevin ailədaxili münaqişə zəminində arvadı, 1989-cu il təvəllüdlü Ruhəngiz Mahmudova və onun bacısı Roza Mahmudovanı bıçaqlaması faktı ilə bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Hazırda hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

3 avqust, saat 10:12

Səhiyyə Nazirliyi ötən gecə Bakıda baş verən bıçaqlanmada yaralanan şəxslərin vəziyyəti ilə bağlı açıqlama yayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, gecə saatlarında çoxsaylı bıçaq xəsarətləri ilə 30 yaşlı Ruhəngiz Mahmudova və 32 yaşlı Roza Mahmudova Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlər hər iki yaralıya bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. Xəstələrə lazımı tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Həyatları üçün təhlükə yoxdur.

***

2 avqust, saat 23:08

Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə  Binəqədi şossesi, döngə 4 ünvanında baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü  Kürdəmir rayon sakini Mahmudova Ruhəngiz Abdul qızı yoldaşı İmişli rayon sakini 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu tərəfindən bıçaqlanıb. R.Mahmudova 14 bıçaq xəsarəti alıb. 

Daha sonra S.Quliyev baldızı, 1987-ci il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Roza Abdul qızına beş bıçaq zərbəsi vurub. Hadisəni törədən S.Quliyev ərazidən qaçıb. 

Yaralılar Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən 1 saylı Xəstəxanaya çatdırılıb.

Həkimlərin APA-ya verdiyi məlumata görə, Ruhəngiz Mahmudova çoxlu qan itirib və onun vəziyyəti ağırdır.

Hazırda Binəqədi RPİ-nin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.


Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər