Hadisə
Hadisə
Zaqatalada ferma və yük maşını külə döndü
Zaqatala rayonunun Yuxarı Tala kəndində ümumi sahəsi 2000 m² olan fermanın yanar konstruksiyaları, içərisinə yığılan 20 ton ot bağlaması, 30000 ədəd taxtadan ibarət boş tara və yaxınlıqda dayanan "QAZ” markalı yük avtomobilinin yanar hissələri yanıb.
Mumtv.az bununla bağlı Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.