Hadisə
Hadisə
Avtomobil piyadanı vurub öldürdü
Qubada yol-nəqliyyat hadisəsi baş verib.
Mumtv.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 20-də saat 19 radələrində Quba rayonunun 2-ci Nügədi kəndi ərazisində kənd sakini N.Hüseynzadə idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən həmkəndlisi Sənurə İsayevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Quba RPŞ tərəfindən araşdırma aparılır.