Hadisə
Hadisə
Ermənilər Ağdamda da evləri yandırır
Ermənistan ordusu Ağdamda ekoloji terror törətməyə başlayıb.
Bildirilir ki, üçtərəfli bəyanata əsasən Ermənistan işğal etdiyi Ağdam rayonunu noyabrın 20-nə kimi tamamilə boşaltmalıdır:
"Ancaq erməni ordusu həm mənzil-qərargah kimi istifadə etdikləri yerləri, həm də mülki yaşayış məntəqələrini və meşələri yandırır”.
Qeyd edək ki, ermənilər Kəlbəcərdən də bu cür çıxır. Onlar son 25 ildə məskunlaşdırları və bu vaxta qədər heç vaxt yaşamadıqları ərazilərimizdən çıxarkən evləri, meşələri, hətta məktəbləri yandırır, çoxillik ağacları kəsib maşınlarla daşıyır, hətta apara bilmədikləri ev heyvanlarını öldürürlər.
Mənbə:"TRT Haber”