Hadisə
Hadisə / İdman
Türkiyə klubunun futbolçusu koronavirusa yoluxdu
Türkiyənin "Trabzonspor” klubunda koronavirus testinin nəticələri açıqlanıb.
Mumtv.az bildirir ki, Qara dəniz təmsilçisinin bir futbolçusu virusa yoluxub.
Klub işçiləri, məşqçilər korpusu və futbolçu heyətindən götürülən testin nəticəsi yalnız bir oyunçuda pozitiv çıxıb. Adı açıqlanmayan həmin futbolçu artıq təcrid olunub.
Qeyd edək ki, "Trabzonspor” Super Liqanın V turu çərçivəsində oktyabrın 17-də "Başakşəhər”lə qarşılaşmalıdır.(Apasport.az)