mumtv.az
mumtv.az

Astara sakini həmkəndlisini öldürdü

Astara sakini həmkəndlisini öldürdü
14-10-2020, 13:52 45 dəfə baxılıb

Astara sakini həmkəndlisini öldürdü
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Astara rayonunda qətl hadisəsi baş verib.

Mumtv.az Teleqraf.com-a istinadən xəbər verir ki, Astara rayon polis şöbəsinə oktyabrın 1-də Çayoba kəndində yaşayan 56 yaşlı Rəhimə Aslanovanın üzərində zorakılıq əlamətləri olan meyitinin evinin həyətində aşkar edilməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Baş Cinayət Axtarışı İdarəsi və Astara rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Çayoba kənd sakini R.Heydərov saxlanılıb.

O, istintaqa təhvil verilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
Tel: (+99477) 377-11-88
E-mail: [email protected]

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.