Hadisə
Hadisə / Dünya / İdman
Komanda yoldaşları səhv edən futbolçunu döyərək öldürdülər
Futbolçu Çerçill Ovaçi komanda yoldaşlarının hücumundan sonra ölüb.
Mumtv.az bildirir ki, bu barədə "Daily Monitor” məlumat yayıb.
Hadisə Uqandada yerli komandalar arasındakı oyundan sonra baş verib. Ç.Ovaçi qola səbəb olan səhvə yol verib. Komanda yoldaşları bu zaman ona hücum etsə də, onları ayırmaq mümkün olub. Oyundan sonra Ç.Ovaçinin yenidən komanda yoldaşları ilə mübahisəsi düşüb və bu mübahisə davaya çevrilib.
Modern.az yazır ki, huşsuz vəziyyətdə xəstəxanaya aparılan futbolçu bir neçə saatdan sonra ölüb.