Hadisə
Hadisə
34 yaşlı qadını avtomobil vurdu
Bakı-Şamaxı yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mumtv.az "Report"a istinadən xəbər verir ki, hadisə magistral yolun 15-ci kmliyində qeydə alınıb.Minik avtomobili yolu keçən 1986-cı il təvəllüdlü Səfərova Məleykə Vilayət qızını vurub. Ağır bədən xəsarətləri alan piyada təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Müayinə zamanı ona qasıq oturaq sümüklərinin sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.