Hadisə
Hadisə
Samux sakinindən 12 kq narkotik götürülüb
Samux rayon sakininin yaşadığı evin həyətindən narkotik vasitələr aşkar edilib.
Mumtv.az bildirir ki,bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini T.Bayramov tərəfindən Yeni Nəbiağalı kəndindəki evlərdən birinin həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu və 12 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.