Hadisə
Hadisə
Sürücü marketə getdi: maşınını oğurladılar
Tovuz rayonunda oğurluq hadisəsi baş verib.
MUMTV.az xəbər verir ki, Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Rayon sakini Fuad Vəliyev "VAZ 2107" markalı avtomobilini sözügedən ərazidə saxlayıb, marketə girib.
F.Vəliyev qayıdanda maşını saxladığı yerdə görməyib. O, dərhal hadisə ilə bağlı polisə məlumat verib.
Faktla bağlı araşdırma aparılır.