Hadisə
Hadisə
Bakı sakinindən odlu silah götürülüb
Bakıda narkotik vasitə ilə tutulan şəxsin evindən odlu silah götürülüb.
Mumtv.az bildirir ki, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə ilə tutulan İ. İsmayılovun Lökbatan qəsəbəsində yaşadığı evin həyətindəki qarajdan "Makarov” markalı tapança və 5 ədəd patron aşkar edilərək götürülüb.
(Apa.az)