Hadisə
Hadisə / Dünya
Toyda partlayış - 5 ölü, 40 yaralı
Əfqanıstanın şərqində Nanqarxar vilayətində toy mərasimində partlayış olub.
MUMTV.az-ın məlumatına görə, insident nəticəsində 5 nəfər ölüb, 40 nəfər xəsarət alıb.
Vilayət qubernatorunun köməkçisi Ataulla Xoqayani faktı təsdiqləyib. Partlayışın törədilməsi və ya bədbəxt hadisə nəticəsində baş verməsi barədə isə məlumat verilməyib.
Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə "Taliban" radikal hərəkatının silahlıları arasında toqquşma uzun müddətdir davam edir və bu ölkədə fəsadlara yol açır./Trend