Hadisə
Hadisə
Tovuzdakı qəzada biri uşaq olmaqla 3 nəfər yaralandı
Tovuzda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
MUMTV.az-ın verdiyi məlumata görə, hadisə rayonda olan şadlıq evlərinin birinin qarşısında baş verib. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində İbrahimhacılı kənd sakinləri - 2010-cu il təvəllüdlü Ömər Abbasov Samir oğlu, 1999-cu il təvəllüdlü Tahirli Elmir Emin oğlu və Düz Cırdaxan kənd sakini 1999-cu il təvəllüdlü Dəmirov Asif Vasif oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır./Qafqazinfo