Hadisə
Hadisə
Məşhur aktyor ölümlə hədələnir
Türkiyəli aktyor Kıvanç Tatlıtuğ ölümlə təhdid edilir.
Mumtv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor həyat yoldaşı Başak Dizerin və özünün dəfələrlə təhdid edildiyini bildirib.
Bundan öncə Sinan A. adlı instaqram istifadəçisindən şikayət edən sənətçi təhdidlərin yenidən başladığını deyərək polisə müraciət edib.
Aktyor onu hədələyən şəxsin psixoloji problemləri olduğunu, onun müalicə olunmasını tələb edib.
İkinci dəfə şikayət etdikdən sonra polis tərəfindən Sinan adlı şəxsə cinayət işi açılıb.