Hadisə
Hadisə
Qaçırdığı maşında tutuldu
Quba rayon sakini Sərxan Məmmədov Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus "VAZ-2107” markalı avtomobilinin axşam saatlarında qaçırıldığı barədə məlumat verib.Mumtv.az bildirir ki,DİN mətbuat xidmətinin Quba regional qrupundan BiG.AZ -a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən rayon sakini Fuad Şıxalıyev qısa müddət ərzdə qaçırdığı nəqliyyat vasitəsi ilə birlikdə saxlanılaraq polis şöbəsinə gətirilib.
Faktla bağlı Quba rayon Polis Şöbəsində cinayət işi başlanılıb. F.Şıxalıyevin başqa cinayət hadisələrində iştirakı edib-etməməsi araşdırılır.