Hadisə
Hadisə
Gəncədə 38 yaşlı kişinin meyiti tapıldı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Mumtv.az Nazirlikdən Axar.az-a verilən məlumata əsasən bildirir ki, hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasediciləri mənzilin qapısını açıb və orada aşkarlanan 1982-ci il təvəllüdlü Seyfullayev Ramin Nizami oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.