Hadisə
Hadisə
Bakı sakininin avtomobilindən narkotik vasitə aşkarlanıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 23-də saat 23 radələrində Bakı şəhər sakini T. Əliyevin idarə etdiyi "Kia" markalı avtomobil saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şəxsi axtarış zamanı T. Əliyevdən metamfetamin və heroin, avtomobilə baxış zamanı isə əlavə 64 qramdan artıq metamfetamin və 28 qramdan çox heroin aşkar edilərək götürülüb. Yoxlama zamanı sürücünün yanında olan sərnişin qaçıb. Polis əməkdaşları tərəfindən hadisə yerindən qaçmış şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.