Hadisə
Hadisə
Evdən 27 minlik mebel oğurladılar
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıb.
Mumtv.az "Qafqazinfo”a istinadən xəbər verir ki, Nərimanov rayonunda müvafiq polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxslər saxlanılıb.
Məlum olub ki, evlərin birindən 27240 manat dəyərində mebel və məişət əşyaları oğurlamaqda ittiham olunan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunan R.Məmmədov və M.Qasımov saxlanılıb.