Hadisə
Hadisə / Dünya
Rusiya Aya Sofya məsələsində fikrini dəyişdi
Aya Sofyanın məscidə çevrilməsilə bağlı qərar Türkiyənin daxili məsələsidir.
Mumtv.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin deyib.
"Bilirsiniz ki, bu məsələ Rusiyada və digər xarici ölkələrdə müzakirəyə səbəb oldu. Rusiya olaraq bildiririk ki, bu, Türkiyənin daxili məsələsidir. Nə biz, nə də başqaları onların daxili işlərinə qarışmalıdır”, - nazir müavini bildirib.
Qeyd edək ki, daha əvvəl açıqlama verən Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko isə bu qərardan təəssüfləndiyini söyləmişdi.