Hadisə
Hadisə / Dünya
Yaponiyada güclü yağışlar, 52 nəfər öldü
Yaponiyanın cənub-qərbində güclü yağışlar nəticəsində 52 nəfər ölüb.
Mumtv.az xarici KİV-ə istinadən xəbər verir ki, yağıntılar zamanı xəsarət alanlardan 2 nəfərin vəziyyəti ağırdır. 12 nəfərin itkin düşdüyü bildirilir.
Məlumata görə, ölənlərdən 51 nəfəri Kyusyu adasının Kumamoto prefekturasının, 1-i isə Fukuoka prefekturasının sakinidir.
Təbii fəlakət nəticəsində Kyusyu adasında təxminən 7 min insan işıqsız qalıb. Fəlakət bölgəsinə xilasedicilər və 10 min hərbi qulluqçu göndərilib.