Hadisə
Hadisə / Dünya
Liviyada Vatiyyə bazası BOMBALANDI!
Mumtv.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Liviyada Milli Barışıq Hökumətinin nəzarətindəki Vatiyyə hərbi hava bazası naməlum təyyarələr tərəfindən bombalanıb. Müdafiə nazirliyindən olan mənbə bəzi sistemlərin zədələndiyini bildirib və əlavə edib: "Hücum qiyamçı Həftərin və xarici qüvvələrin qeyri-sabitlik şəraitini davam etdirmək iradəsini göstərməkdədir. Çevrilişçi Həftəri aşkar şəkildə dəstəkləmə davam elədikcə, qeyri-sabitlik şəraiti də davam edəcəkdir”.
Liviyanın Milli Barışıq hökuməti hücumla bağlı açıqlama verib. Müdafiə nazirinin müavini Səlahəddin Nemruş hücuma lazım gələn vaxtda və yerdə cavab veriləcəyini bildirib.