Hadisə
Hadisə / Dünya
Çernobıl yenə yanır
Ukraynanın Çernobıl bölgəsində meşə yanğınları yenidən başlayıb.
Mumtv.az "Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti açıqlama yayıb. Məlumata görə, təcrid zonasında başlayan yanğın 3 hektarlıq meşə ərazisini əhatə edir. Yanğının söndürülməsinə 3 texnika və 11 nəfərdən ibarət canlı qüvvə cəlb olunub, yanğının lokallaşdırıldığı bildirilib.
Xatırladaq ki, bundən əvvəl aprel ayında baş verən meşə yanğını radioaktiv zonaların 1 km-də söndürülmüşdü.