Hadisə
Hadisə
Sumqayıtda batan şəxsin meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Mumtv.az xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batan şəxsin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
(Metbuat.az)