Hadisə
Hadisə
Məscidə hücum edən terrorçu 21 il həbs cəzası aldı
Norveçin paytaxtı Oslo yaxınlığında məscidə hücum edən terrorçu Filip Manshaus 21 il müddətinə həbs cəzasına məhkum olunub.
Mumtv.az bildirir ki, bildirilib ki, bu, Norveçdə qanunla müəyyənləşdirilən ən ağır cəza hesab olunur.
Xatırladaq ki, Manshaus 10 avqust 2019-cu ildə 17 yaşlı bacısını evdə silahla vuraraq öldürüb, daha sonra isə avtomobillə məscidə gələrək qapısına atəş açmağa başlayıb.
Hadisə zamanı 3 nəfər sağ qalıb, təcavüzkarın qarşısını almağa çalışan 1 nəfər isə yüngül yaralanıb.
(Qafqazinfo.az)