mumtv.az
mumtv.az

Parisi də etiraz dalğası bürüdü

Parisi də etiraz dalğası bürüdü
3-06-2020, 12:54 56 dəfə baxılıb

Fransanın paytaxtı Parisdə 24 yaşlı Adama Traorenin 2016-cı ilin iyununda polislər tərəfindən saxlanılmasından sonra ölümü ilə əlaqədar nümayiş keçirilir.

Paytaxt prefekturası tərəfindən kütləvi yığıncaqların qadağan olunmasına baxmayaraq nümayişdə təxminən 19 min nəfər iştirak edir.

Bildirilir ki, Paris məhkəməsi qarşısında keçirilən aksiyanın iştirakçıları əllərində "Zorakılığa yox", "İrqçiliyə qarşı", "Adama üçün ədalət" plakatları tutublar.

Parisin polis prefekturasından bildiriblər ki, aksiya bir neçə saat sakit keçsədə, daha sonra toqquşmalar və nizamsızlıqlar baş verib. Polislər aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər, lakin nümayişlər davam edir.

Mumtv .az xatırladır ki, artıq dörd gündür ABŞ-da afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümünə etiraz olaraq keçirilən aksiyalar səngimir. Vaşinqtonda təkcə bu gün 300-dən çox iğtişaşçı həbs edilib. Etiraz aksiyalarının yatırılması zamanı iki polis əməkdaşı yaralanıb.

ABŞ Prezidenti Donald Tramp Nyu-York rəhbərliyinə kütləvi qarışıqlıqların yatırdılması üçün şəhərə Milli Qvardiyanın yeridilməsi təklifi ilə müraciət edib.

(Virtualaz.org)







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA