mumtv.az
mumtv.az

Kafedə maska taxmaqı xahiş edən aşbaz güllələndi

Kafedə maska taxmaqı xahiş edən aşbaz güllələndi
21-05-2020, 12:44 43 dəfə baxılıb

ABŞ-ın Kolorado ştatının Avrora şəhərində kafeyə gələn müştəri dəfələrlə maska taxmağı xahiş edən aşbazı güllələyib.

Mumtv.az xarici KİV-ə istinadla bildirir ki, insident Waffle House şəbəkəsinin obyektlərindən birində qeydə alınıb. Kafe işçilərinin sözlərinə görə, 27 yaşlı Kelvin Uotson gecə yemək sifarişi üçün gəlib. Kafe həmin vaxt yalnız müştərilərə yerində çatdırmaq üçün sifarişlər qəbul edib. Ofisiant müştəriyə əgər maska taxmazsa, ona qulluq edə bilməyəcəyini deyib.

Uotson kafedən çıxsa da, sonradan maska ilə qayıdıb, ancaq onu taxmayıb. Kafenin işçiləri qaydalara görə onun sifarişini qəbul edə bilməyəcəklərini bildiriblər. Gənc adam tapançanı çıxarıb stolun üstünə qoyub və aşbaza deyib ki, "onun beynini dağıtmağa” hazırdır.

Bu vəziyyət gecəyarıya qədər davam edib. Uotson yenidən kafetə qayıdıb, həmin aşbaz bir daha ona xidmət göstərməkdən imtina edib. Bu zaman Uotson aşbazın üzündən vuraraq qaçıb, qəzəbli müştəri sonra atəş açaraq onu qarnından yaralayıb.

Aşbaz xəstəxanaya yerləşdirilib, lakin yarası yüngül olub və hazırda evində müalicə olunur. Uotson həbs olunub, onu ölümə qəsddə təqsirkar bilirlər.(Conflict.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA