Hadisə
Hadisə / Dünya
SON DƏQİQƏ: Rusiyada hərbi helikopter qəzaya uğradı - Ölənlər var
Rusiyada Mi-8 hərbi helikopteri qəzaya uğrayıb.
TASS xəbər verir ki, hadisə Klin yaşayış məntəqəsindən 20 kilometr aralıda baş verib. Helikopterin sərt eniş etməsi nəticəsində 3 heyət üzvü həlak olub.
Qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.(Xeberekspress.az)