Hadisə
Salyanda iki “Jiquli” toqquşdu,3 nəfər xəsarət aldı
Bu gün günorta saatlarında Salyan-Neftçala avtomobil yolunun 1-ci km-də minik maşınlarının toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Mumtv.az bildirir ki, Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Neftçala rayon sakininin idarə etdiyi 47-BD-677 "VAZ-2106” markalı avtomaşınla, Salyan Rayon Mərkəzi Xəstəxanasının təmiri işlərində çalışan, Ucar rayonunun Müsüslü kənd sakini, 31 yaşlı Sadiq Eynulla oğlu Səmədovun idarə etdiyi "VAZ-2106” markalı avtomaşınlar sərt döngədə toqquşublar. Hadisə nəticəsində Sadiq Səmədov və digər avtomaşında olan Neftçala rayonunun Aşağı Surra kənd sakinləri-38 yaşlı Ramin Mətləb oğlu Bəşirov və 36 yaşlı Zəka Oqtay oğlu Bəşirov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.(Virtualaz.org)