Hadisə
Hadisə / Dünya
Ukraynada təyyarə qəzasında pilot və sərnişin yaralandı
Ukraynanın Çernoviç vilayətində "Bekas” tipli yüngülmotorlu təyyarə qəzaya düşüb.
MUMTV.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təyyarə Poqorelovka Zastavnivsk kəndinin yaxınlığında boş sahəyə düşüb.
İnsident nəticəsində pilot və sərnişin xəsarət alıb.
Yaralı şəxslər xəstəxanaya yerləşdiriliblər.
Qəzanın baş vermə səbəbləri araşdırılır.