Hadisə
Hadisə
Qadın piyadanı vurub öldürdü
Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
"MUMTV.az” xəbər verir ki, qəza iyulun 24-də saat 19 radələrində qeydə alınıb.
Bakı şəhər sakini Y.Məmmədov idarə etdiyi "Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Adilə Məlikrzayevanı vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.