Hadisə
Hadisə
Suraxanıda qardaş bacını bıçaqladı
İyulun 24-də Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində qəsəbə sakini B.Əliyev münaqişə zəminində bacısı Səbinə adlı qadının qarın nahiyəsinə bıçaqla çoxsaylı xəsarət yetirib.
"MUMTV.az” xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində B.Əliyev saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır./Qafqazinfo