Hadisə
Hadisə
Bakıda avtomobilə odlu silahdan atəş açıldı
Bakı şəhəri, Sabunçu rayonunda odlu silahdan atəş açılıb.
Axşam saatlarında Ramana qəsəbəsində qəsəbə sakini Mustafayev Ceyhun Cümşüd oğlu idarə etdiyi 99 TD 045 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən odlu silahdan açılan atəş səsi eşidilib. Məlum olub ki, naməlum şəxsin silahdan açdığı atəş zamanı güllə təsadüfən C.Mustafayevin avtomobilinin sol tərəfinə dəyib.